Neftin qiyməti son 13 ayın maksimumuna çatıb

Bakıda neft mancanağı, 19 iyun 2015

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 69,26 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidir.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri də 4 fazidən çox artaraq 1 barelə görə 70 dollara yaxınlaşıb..
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4 faizə yaxın artaraq 66 dolları geridə qoyub.
“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Onda neftin qiymətlərinin aşağı düşməsi əsasən koronavirus pandemiyası və istehsalçı ölkələr arasında bazardakı tənzimlənmə ilə bağlı razılığın əldə edilməməsi ilə izah edilirdi