İsveçrəlilər burqanın qadağanına səs verdilər

İsveçrədə seçicilərin çoxluğu üzü örtən geyimlərin və baş örtüyünün qadağanına səs verib.

SFR teleradio şirkətinin və Tagesanzeiger nəşrinin məlumatına görə səs verənlərin 51 faizi öz ölkələrində üzü örtən niqabın geyinilməsi əleyhinədir.

Niqabın qadağan edilməsinə İsveçrənin 26 kantonu səs verib.

Müşahidəçilər bildirirlər ki, səslərin tam sayılması referendumun nəticəsinə çox az təsir göstərə bilər.

Gfs.bern agentliyininin sosioloqları bunun yalnız nəzəri baxımdan mümkün olduğunu bildirirlər.

Buna da bax: Maska taxmaqla burkanın fərqi

Əhalinin 5 faizi

Müsəlman qadınların geyimi olan burqanın qadağanı təşəbbüsünü İsveçrə Xalq Partiyasının sağ təmayüllü millətçi deputatları irəli sürüblər.

Onların fikrincə niqabdan və burqadan yalnız kütləvi dini mərasimlərdə istifadə oluna bilər.

Bu da xəbər verilir ki, referendumun nəticələri rəsmən təsdiq edildikdən sonra ictimai yerlərdə geyim kodeksinə dair müddəalar Konstitusiyaya daxil ediləcək.

İsveçrə qanunları bundan əvvəl də qadınların üzlərini örtməyə məcbur edilməsini qadağan etmişdi.

2018-ci ilin statistik məlumatlarına görə İsveçrədə müsəlmanların sayı 450 mindir və onlar əhalinin 5.3 faizini təşkil edirlər.