Yel çərşənbəsidir

Bahar

Bu gün, martın 9-u Yel çərşənbəsidir.

Yel çərşənbəsi xalq arasında "külək oyadan", "küləkli çərşənbə" kimi tanınır. İnama görə, bu çərşənbədə külək oyanan suyu, odu hərəkətə gətirir.

Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq mərhələsidir. Adətə görə, onda ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlara təzə paltar geyindirər, qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görərlər.

Yel çərşənbəsi günü də tonqallar qalanır, evlərdə süfrəyə daha çox quru meyvə qoyulur.

Azərbaycanda bu il fevralın 23-də Su, martın 2-də Od çərşənbəsi olub. Martın 16-də isə axırıncı - Torpaq çərşənbəsidir.

Novruz adətinə uyğun olaraq, bayram ərəfəsinə düşən dörd həftənin çərşənbə günləri beləcə xüsusi olaraq qeyd olunur.

2021-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00 qədəm qoyacaq.