Pandemiyanın 1 yaşı

COVID-19 törədən virusun mikroskopik görünüşü.

Düz bir il əvvəl, 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının bütün dünyaya yayılıb pandemiyaya çevrildiyini elan etdi. Ötən müddətdə dünyada 118 milyondan çox insanın bu xəstəliyə yoluxduğu, onlardan da 2 milyon 620 mindən çox insanın öldüyü açıqlanıb.

Azərbaycanda isə indiyə qədər rəsmi rəqəmlərə görə, bu virusa 237 min 775 yoluxan, onlardan 3257 ölən, 4402 isə aktiv xəstə var.

13 məktəb distant təhsilə keçib

Hazırda ölkə üzrə 13 məktəb, 302 sinif distant təhsilə keçib.

Bu barədə də Təhsil Nazirliyinin məlumatında bildirilir.

Fevralın 1-dən ümumtəhsil məktəblərində əyani təhsil qismən bərpa edilmişdi (Ötən tədris ilində martın 3-dən məktəblər bağlanıb. Amma bu təhsil ilinin əvvəlində dərslər mərhələli şəkildə bərpa edilmişdi). Sonra 4 min 416 məktəb, 89 min 223 sinifdə dərslər ənənəvi qaydada davam edib. Lakin bəzi məktəblərdə COVID-19-a yoluxma halları qeydə alındığından əyani təhsil distant təhsillə əvəzlənib.