Ağsu aşırımı buz bağlayıb

Buzlu yol. Foto arxiv

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Ağsu aşırımının bir hissəsi buz bağlayıb. Açıqlamaya görə, Bakı –Quba-Rusiya yolunun 85-ci, Bakı-Şamaxı-Yevlax yolunun 48-ci və Bakı-Qazax-Gürcüstan magistral yolunun 400-cü km-də qar daha intensiv yağır, bəzi ərazilərdə buzlaşma var.

Dövlət Yol Polis İdarəsi bu gün, martın 12-də sürücülərə diqqətli, ehtiyatlı olmağı, mümkün qədər avtomobildən az istifadə etməyi məsləhət görüb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Şahdağda 28, Kişçayda (Şəki) 20, ... Gədəbəydə 8 santimetrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 12-də ölkə ərazisində temperaturun aşağı düşəcəyi, sulu qar, qar yağacağı və bəzi yerlərdə çovğun olacağı barədə xəbərdarlıq verib.