Birmanın devrilmiş lideri məhkəməyə çıxarılacaq

Birmada etirazçı, arxiv fotosu

Birmanın (Myanma) devrilmiş lideri Aunq San Suu Kyi martın 15-də məhkəmə qarşısına çıxarılmalıdır.

Bir gün öncə isə təhlükəsizlik qüvvələri ölkədəki hərbi çevrilişə qarşı çıxan azı 38 etirazçını qətlə yetirib. Onlar Suu Kyinin buraxılmasını, ölkədə demokratiyanın bərpasını tələb edirdilər.

Hlainqtaryarda azı 22, Yanqonda 63 nəfərin öldürülməsi barədə məlumatlar var.

Fevralın 1-də hərbi çevriliş baş verəndən Birmada demək olar hər gün etirazlar keçirilir, xunta isə onları zorakılıqla yatırdır. Martın 15-nə də yürüşlər planlaşdırılır.

Martın 14-də Yanqonda Çinə məxsus zavodlar yandırılıb. Etirazçıların çoxu Pekinin çevrilişi dəstəklədiyinə inanır.

Çin səfirliyi isə baş verənləri pisləyən bəyanat yayıb, polisi Çin bizneslərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Nobel mükafatı laureatı olan Suu Kyi qadağan olunmuş portativ radio-aparat saxlamaqda, koronavirus qadağalarını, telekommunikasiya qanunlarını pozmaqda, ictimai itaətsizlik törətmək niyyətində ittiham olunur.