İlaxır çərşənbədir

Novruz şənliyi. 2016

Bu gün, martın 16-sı İlaxır çərşənbədir.

Bir çox insanların inamına görə, Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbədə qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar. Üstəlik, xoş danışarlar ki, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitsin. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

Bütün çərşənbələrdə tonqal qalanır.

Azərbaycanda bu il fevralın 23-də Su, martın 2-də Od, martın 9-u Yel çərşənbəsi olub. Novruz adətinə uyğun olaraq, bayram ərəfəsinə düşən dörd həftənin çərşənbə günləri beləcə xüsusi olaraq qeyd olunur.

2021-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00 qədəm qoyacaq