Azərbaycanda əhalinin gəlirləri azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Ən aşağı maaş 700-800 manat olmalıdır'

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 7 milyard 979.9 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir. Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 4.2 faiz azdır.

DSK qeyd edir ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 136.9 milyon manatlıq vəsait qalıb.