Azərbaycan Portuqaliyaya bir qolla uduzdu

Futbol

Martın 24-də Futbol üzrə Azərbaycan yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azərbaycan yığması İtaliyanın Turin şəhərindəki "Juventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.

Görüş Azərbaycanın 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmanın kapitanı Maksim Medvedev birinci hissənin sonuna yaxın avtoqol müəllifi olub.

Azərbaycan yığma komandası seçmə mərhələnin "A" qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə də rəqibdir. Azərbaycan yığması növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

Portuqaliya-Azərbaycan oyunu koronavirus pandemiyasi səbəbindən İtaliyada keçirilib.

A qrupunun başqa oyununda Serbiya İrlandiyanı 3:2 hesabı ilə məğlub edib.