AQTA reydlər aparır

Arxiv foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə obyektlərində reydlər aparır.

Bu barədə qurumun yaydığı məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə həyata keçirilir.

“Nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.”

Açıqlamaya görə, aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.

Qurum bildirir ki, pozuntuların aşkar edildiyi müəssisələrin 12-i Bakıda, 7-i isə bölgəkərdə yerəşir.

Bu açıqlamaya, hələlik, reydlər çərçivəsində haqqında tədbirlər görülən müəssiələrdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə kimi ümumilikdə 252 min 680 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3445 nəfərin vəfat etdiyi bildirilir.