Gündəlik 1690  yoluxma aşkarlanıb, 19 ölüm

Xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 713 nəfər sağalıb.

Bu məlumatı martın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 19 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 235 606 nəfər sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 2 826 454, indiyə qədər ümumilikdə isə 9 670 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.