Çin Honq Konqda seçki islahatlarını təsdiqləyir

İllüstrativ foto

Çin Honq Konqa nəzarətini sərtləşdirəcək yeni seçki sistemi islahatını təsdiqləyib. Ölkənin ali qanunverici orqanı – Milli Xalq Konqresinin Daimi Komitəsi Honq Konqun Əsas Qanununa dəyişiklikləri yekdilliklə qəbul edib, Prezident Si Cinpinq isə onları imzalayıb. Xəbəri dövlət mediası martın 30-da yayıb.

Əsas Qanun minikonstitusiyadır, Britaniya Honq Konq 1997-ci ildə təhvil verəndən sonra şəhər üçün Çin daxilində xüsusi azadlıqlar nəzərdə tutur.

Dəyişikliklərdən biri komitəyə səlahiyyət verir ki, Honq Konq Parlamenti üçün namizədlərin hamısını siyasi yoxlamadan keçirsin, üzvlərdən çoxunu seçərək təyin etsin.

Tənqidçilərin fikrincə, bu islahat Honq Konqda demokratiyanın sonu olar, çünki müxalifətin şəhər parlamentindən çıxarılması deməkdir.

Honq Konq lideri Keri Lemin martın 30-da bildirməsinə görə, hökumət dekabrda Qanunverici Şuraya seçki keçirmək istəyir. Seçki təxminən bir il öncə koronavirusa görə təxirə salınmışdı.