Əhməd Əhmədzadə işdən çıxarıldı

Ə.Əhmədzadə

Əhməd Əhmədzadənin yerinə Zaur Mikayılov

Zaur Rauf oğlu Mikayılov "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, aprelin 5-də sərəncam imzalayıb.

+++

Əhməd Əhmədzadə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, aprelin 2-də sərəncam imzalayıb.

Ə.Əhmədzadə 2006-cil i dən bu qurumun başında dururdu. O, ümumilikdə isə 28 il idi meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edirdi.

Ə.Əhmədzadə 1993-2004-cü illər arası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, sonraki 2 ildə isə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, bu nazirlik yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru vəzifəsində çalışıb.