Rusiyanın 2018-ci ildə buraxdığı "Kosmos 2025" hərbi sputniki Sakit okean üzərində orbitdən çıxaraq dağılıb.
Bu barədə aprelin 3-də Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən məlumat yayılıb. Məlumatda bildirilir ki, hərbi sputnik aprelin 1-də atmosferə daxil olub və təxminən səhər saat 8 radələrində dağılıb.
Peykin orbitdən kənarlaşdırılmasının səbəbləri barədə məlumat verilmir. "Kosmos-2525" təcrübə aparatı 2018-ci ilin martında Plesetsk kosmodromundan "Soyuz-2.1v" yüngül sinif daşıyıcı raketindən istifadə edilərək buraxılıb.
"Alman dalğası" radiosunun məlumatına görə, cihaz Roskosmos strukturundakı istehsal müəssisəsi olan VNIIEM korporasiyası tərəfindən dizayn və istehsal edilib.