2021 yeni yoluxma aşkarlanıb, 29 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2021 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 776 nəfər sağalıb.

Bu məlumatı aprelin 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12 210 , hazırkı dövrədək isə ümumilikdə 2 928 955 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.