2 192 yeni yoluxma aşkarlanıb, 33 ölüm

Xəstəxana, Budapeşt, aprel 2021

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2192 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1554 nəfər sağalıb.
Bu məlumatı aprelin 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər də vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər sağalıb, 3879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14 912, hazırkı dövrədək isə ümumilikdə 3005197 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.