Britaniya kraliçasının həyat yoldaşı dəfn olunub

Vindzor qəsri, dəfn mərasimi

Böyük Britaniya Kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu, Şahzadə Filipin dəfn mərasimi keçirilib. Mərasim Londandan uzaq olmayan Vindzor şəhərində baş tutub. BBC mərasimi YouTube-da canlı yayım verib.

Yunanıstanın iki kralının nəvəsi və qardaşı oğlu olan 99 yaşlı Şahzadə Filip aprelin 9-da vəfat edib. Qlucksburg sülaləsindən olan Filip Yunanıstanın Korfu şəhərində anadan olub. Lakin onun uşaqlığı sürgündə keçib, atası Afinada ölüm hökmünə məhkum olub, ömrünün ilk illərini Fransada keçirib. Almaniyada oxuyub, Şotlandiyada orta məktəbi və İngiltərədəki Kral Hərbi-Dəniz Kollecini bitirib.

İngilis donanmasında parlaq bir hərbi karyeraya qədəm qoyan çahzadə II Dünya Müharibəsində iştirak edib. Həyat yoldaşı kraliça Elizabetin Böyük Britaniya Şahzadəsi olmasından sonra hərbi xidmətinə son verib.

Bundan sonra, ölümünə qədər 22 mindən çox rəsmi tədbirdə iştirak edərək kral ailəsinin nümayəndəsi kimi xidmət edib.

Buna da bax: Britaniya kraliçasının həyat yoldaşı vəfat edib

Vəfatından bu günə qədər onun cənazəsi olan tabut, mərasimdən əvvəl kral ailəsinin Vindzor qalasındakı xüsusi ibadətgahında saxlanılıb. Yeni növ koronavirus pandemiyası səbəbindən cənazədə planlaşdırılan 800 nəfərin əvəzinə yalnız 30 qonaq iştirak edir.

Dəfn mərasimində iştirak edən yaxınları, 17 aprel 2021

Kraliçanın qızı Anne və böyük oğlu, taxtın varisi, Uels Şahzadəsi Çarles cənazədə törənində iştirak edib. Dəfn mərasim ilə bağlı Böyük Britaniyada bir dəqiqəlik sükut olub. Krallıq bayrağı istisna olmaqla ölkənin hər yerində dövlət bayraqları endirilib, Mərasimin sonunda şahzadənin tabutu kral məqbərəsində basdırılıb.