QHT-lərə Dəstək Şurası ləğv edildi

İ.Əliyev

Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

Bu sənədlə habelə o, "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" özünün 2007-ci il 13 dekabr tarixli fərmanını ləğv edib.

Fərmana əsasən, həmin Şura əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediləcək.

QHT-lərə Dövlət Dəstəyi Şurasına 2008-ci ildən Azay Quliyev rəhbərlik edib.