1676 gündəlik yoluxma aşkarlanıb, 35 ölüm

COVID-19 xəstələri, Serbiya, paytaxt Belqrad, 22 aprel 2021

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2 168 nəfər sağalıb.

Bu məlumatı aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər sağalıb, 4342 nəfər vəfat edib, aktiv xəstə sayı 30189 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13 070, ötən müddət ərzində isə ümumilikdə 3 178 044 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox adamın vəfat etdiyi açıqlanıb.