1541 gündəlik yoluxma aşkarlanıb, 29 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1541 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2245 nəfər sağalıb.

Bu məlumatı aprelin 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər sağalıb, 4 371 nəfər vəfat edib, 29 456 aktiv xəstə sayı nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 492, hazırkı dövrədək isə ümumilikdə 3 189 536 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.