Çinli rejissor Oskar aldı

Xloya Jao

Çinli rejissor Xloya Jao ən yaxşı rejissor kateqoriyası üzrə Oskar mükafatına layiq görülməklə tarixə düşüb.

“Köçərilərin diyarı” filminin rejissoru Jao Asiyadan bu mükafatı alan ilk qadın, öz ölkəsindən isə ikinci qadındır.

39 yaşlı Jao filmin çəkilişini “həyatda bircə dəfə divanə səyahət” adlandırıb.

Buna da bax: 'Köçərilər diyarı'nın tənha insanları

Aprelin 25-də “Köçərilərin diyarı” ən yaxşı film nominasiyasında da Oskara layiq görülüb. Tədbir Los Ancelesin mərkəzində sosial məsafə qaydalarını gözləməklə keçirilib.

63 yaşlı Frensis Makdormand filmdəki roluna görə ən yaxşı aktrisa nominasiyasında Oskar udub. Aktrisa artıq üçüncü Oskar sahibidir.

Ən yaxşı aktyor nominasiyasında 80 yaşlı Entoni Hopkins “Ata” filmindəki roluna görə qalib olub. O, ikinci dəfədir Oskar alır.