Qusarda sakinlər yolu bağlayıb

Qusar

Bu gün, aprelin 26-da bir qrup vətəndaş Bakı-Qusar yolunu (Qusar rayon mərkəzinin giriş hissəsində) bağlayaraq etiraz aksiyasi keçiriblər. Onlar Qusar rayon Məhkəməsindən şikayətləniblər. Deyiblər ki, torpaqları barədə şikayətlərini məhkəmə icraata götürmür, Qusar rayon İcra Hakimiyyəti isə müraciətlərinə baxmır.

Onların iddiasına görə, əllərində torpağın mülkiyyətçisi olmaları barədə çıxarış sənədi var, amma həmin torpağa sahiblik edə bilmirlər.

Amma polis yolu açaraq aksiyanın davam etməsinə imkan verməyib.

Olaya Qusar rayon Məhkəməsi, bu rayonun icra hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanın şimal-şərqində yerləşən bu rayon paytaxt Bakıdan təqribən 180 kilometr aralıdadır.