Arif Quliyev süni nəfəs aparatına qoşulub

A.Quliyev

71-yaşlı aktyor Arif Quliyev xəstəxanada koronavirusdan müalicə alır.

O, altı gün əvvəl "Yeni Klinika" tibb müəssisəsində süni nəfəs aparatına qoşulub.

Bu məlumatı "Turan"a İcbarı Tibbi Sığorta Agentliyindən veriblər.

A.Quliyev Azərbaycanda komediya janrının aktyorlarından sayılır. O, bir çox film və tamaşalarda rol alıb.

Dünən, aprelin 26-da isə müğənni Baloğlan Əşrəfov vəfat edib. Onun da koronavirus xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Müğənninin 70 yaşı vardı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 313 min 812 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 402 nəfərin vəfat etdiyi bildirilir.