Hindistanda hökumət ordudan kömək istədi

Türkiyə, arxiv fotosu

Xəstəxanalar çarpayı və oksigen ehtiyatı çatışmadığından xəstələri geri qaytarır

Hindistanda koronavirusa yoluxmalar “ürəkparçalayan həddi” keçib və Dünya Səhiyyə Təşkilatı bu ölkədə yoluxmalarla mübarizə üçün ləvazimat yollayıb. Açıqlamanı qurumun başçısı Tedros Adhanom Gebreyesus verib.

Onun sözlərinə görə, agentlik Hindistana kömək üçün 2 mindən çox heyət göndərib. Ləvazimatlar isə mobil səhra xəstəxanalarından, laboratoriya avadanlığından ibarətdir.

Buna da bax: Braziliya Sputnik V-ni rədd edir

300 mini keçən yoluxmalar

Pandemiyanın ilkin dövründə Hindistanın onunla mübarizəsi uğur hekayəti sayılırdı. Amma indi virus 1.4 milyardlıq əhali arasında tüğyan edir, sistemlər çökür.

Xəstəxanalar çarpayı və oksigen ehtiyatı çatışmadığından xəstələri geri qaytarır.

Aprelin 27-də gündəlik yoluxmalar altıncı gün ardıcıl olaraq 300 mini keçib, 2 min 771 ölüm qeydə alınıb. Amma tibb ekspertləri real rəqəmin daha böyük olduğunu düşünürlər.

Hökumət kömək üçün silahlı qüvvələrə müraciət edib. Müdafiə Qüvvələrinin Baş qərargah rəisi Bipin Ravat deyib ki, silahlı qüvvələrin oksigen ehtiyatından istifadə olunacaq, istefada olan tibbi personal tibb ocaqlarına köməyə cəlb ediləcək.

Dünyanın bir sıra ölkələri Hindistana tibbi yardım boyun olublar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Pandemiya vaxtı boşananlar: 'Uşaq pulu verilməlidi'

Pakistan, Kanada, Türkiyə

Pakistan da hazırda yoluxma dalğasının öhdəsindən gəlməyə çalışır. Böyük şəhərlərdə əhalinin sosial məsafə qaydalarına necə əməl etməsinə nəzarət üçün əsgərlər cəlb olunub.

Mülki orqanlar qaydaları həyata keçirə bilmədiyindən hökumət orduya müraciət edib. Rəsmilər deyirlər ki, bu həftə vəziyyət düzəlməsə ölkə boyunca lokdaun qaçılmazdır.

Ötən ildən Pakistanda COVID-19-dan 17 mindən çox yoluxma, 800 mindən artıq yoluxma aşkarlanıb.

Kanada Ontario vilayətində yoluxmaları önləməyə ordudan kömək istəyib. Digər vilayətlər isə bənzər duruma düşməməkdən ötrü qadağaları sərtləşdirirlər.

Ontarioda reanimasiya şöbələrində xəstə sayı artmaqdadır.

Türkiyə isə aprelin 29-dan mayın 17-dək lokdaun elan edib. Prezident Recep Tayyip Erdoğan deyib ki, daxili işlər naziri fərqli açıqlama verməsə, bütün bizneslər bağlanacaq.