Postbreksit ticarət sazişi ratifikasiya olundu

Arxiv fotosu

Avropa Parlamenti Britaniya ilə Avropa Birliyi arasında postbreksit ticarət sazişini yekdilliklə ratifikasiya edib. Bununla da sazişin tam ratifikasiyası yolunda sonuncu əngəl aradan qaldırılıb.

Ötən gün keçirilmiş səsvermənin nəticələri aprelin 28-də açıqlanıb.

Min səhifəlik saziş mayın 1-dən qüvvəyə minir. Avropa Parlamenti Britaniyaya xəbərdarlıq edir ki, öhdəliklərinə əməl etməlidir.

Sazişdə kommersiya münasibətləri, rəqabət qaydaları, balıqçılıq məsələləri, siyasət və ədliyyə, nəqliyyat və enerji sahəsində gələcək əməkdaşlıq şərtləri yer alıb.

Bununla da dörd ildən çox çəkmiş danışıqlar sona çatıb. Britaniya 47 illik AB üzvlüyünü başa vurub.

Avropa Şurasının Prezidenti Şarl Mişel səsvermənin nəticələri elan olunandan sonra Twitter-də yazıb ki, Britaniya AB-nin "vacib dostu və tərəfdaşı" olaraq qalacaq.