Ölənlər 4500-ü keçdi 

Son gündə Azərbaycanda koronavirus (COVID19) infeksiyasına
1196 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2162 nəfər sağalıb.

Məlumatı aprelin 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 27 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 319 109 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 289 460 nəfər sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25 132 nəfərdir”.

Operativ Qərargahdan bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 319, ötən müddət ərzində isə ümumilikdə 3 241 186 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.