Yerevanda 77 yaşlı koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atıb

Ermənistanda xəstəxana, arxiv foto

Yerevandakı koronavirus virusuna yoluxanların müalicə olunduğu tibb mərkəzlərindən birində 77 yaşlı bir xəstə gecə saatlarında palatanın pəncərəsindən tullanıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinə istinadla AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

“Kişi aprelin 17-dən bəri xəstəxanada müalicə alır, vəziyyəti orta ağır qiymətləndirilib. Palatada həyat yoldaşı ilə birlikdə idi, özü də koronavirus müalicəsi alırdı. Müalicə zamanı heç bir problem yaşanmadı, kişi həkimlərin bütün reseptlərini yerinə yetirdi və müvafiq tibbi yardım aldı. Mütəxəssislər onda heç bir zehni anormallik qeydə almayıb” deyə nazirlikdən bildiriblər.

Nazirlik koronavirusun xəstələrinin ruhi sağlamlığına ciddi təsir göstərdiyini də bildirir.

Qeyd olunur ki, bu Ermənistanda yeganə belə hal deyil. Bənzər hadisə aprelin əvvəlində İrəvan tibb mərkəzlərindən birində, digər bir hadisə isə keçən ilin iyun ayında Artashat tibb mərkəzində baş verib.