Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 2 125 nəfər sağalıb.
Məlumatı mayın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Oradan yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 321 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 293 689 nəfər sağalıb, 4 561 nəfər vəfat edib, aktiv xəstə sayı 23 130 nəfərdir”
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildiyinə görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 777, hazırkı dövrədək isə ümumilikdə 3 262 655 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.