Azərbaycanda ərzaq bankı yaradılması təklif edilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Vaxtilə Almaniya, Fransa və Belçikaya buğda satan Azərbaycan indi… (2014)

"Qida tullantıları: problemin həlli yolları" mövzusunda görüş keçirilib.

Bu barədə mayın 4-də Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb.

Görüşdə Qida Təhlükəsizliyi İnstitutu Sahibkarlarla Əməkdaşlıq Departamentinin rəhbəri Mehran Məmmədli Azərbaycanda qida itkiləri probleminə toxunub. "Qida itkisinin qarşısını almaq üçün qida zəncirinin bütün həlqələrində iştirak edən sahibkarları cəlb etməyə çalışırıq", – deyən M.Məmmədli beynəlxalq təcrübələrə əsaslanaraq məsələnin optimal həllinə nail olmağa çalışdıqlarını bildirib.

Görüşdə ADA Universitetinin nümayəndəsi Anar Vəliyevin bildirməsinə görə, hər il dünyada 1.3 milyard ton qida itirilir və ya israf edilir. "Qida itkisi və tullantılarının dəyəri 680 milyard ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 milyard dollardır", -tədbirdə vurğulanıb.

Tədbirdə qeyd edilib ki, ötən il və bu ilin ilk rübündə 74 min 89 ton, 84 min dekalitr məhsulun məhvi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb. Habelə əlavə edilib ki, Azərbaycanda qida itkisinin 14 faizini düyü təşkil edir: "12 faiz buğda, 10 faiz kartof itkiyə gedir".

Görüşdə təkliflər də səslənib. Təkliflər, əsasən, ərzaq bankının yaradılması ilə bağlı olub. Qərara alınıb ki, məsələ ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılsın.