Blinken Ukraynaya gedir

Entoni Blinken

Mayın 5-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcək. Ötən ay Rusiya Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma qoşun yığıb sonradan geri çəkdi. Blinkenin məqsədi Ukraynaya dəstək nümayiş etdirməkdir.

Blinkenin səfəri “Rusiyanın davam edən təcavüzü qarısında ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini göstərir”, – Dövlət Departamentinin sözçüsü Ned Prays bəyanatında deyib.

Rusiyanın ötənaykı hərəkətləri Kiyev, Brüssel və Vaşinqtonda böyük eskalasiya sarıdan narahatlıq yaradıb.

Rusiya ordusu ötən həftə qoşunların öz daimi bazalarına qayıtdığını açıqlayıb.

Birləşmiş Ştatların Avropa üzrə aparıcı diplomatı ötən həftə brifinqdə deyib ki, ABŞ vəziyyətin monitorinqini davam etdirəcək.

Blinken Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə korrupsiyaya qarşı tədbirlər görülməsini istəyəcək. Bu, Ukraynanın Qərb tərəfdaşlarının çoxdankı tələbidir, Prays deyib.