Fikrət Qoca vəfat edib

F.Qoca

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, şair Fikrət Qoca 86 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

F.Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində doğulub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub.

1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.