558 gündəlik yoluxma aşkarlanıb, 13 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1454 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 12-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 328159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 309771-i sağalıb, 4726-sı vəfat edib, 13662-si isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7155, ötən müddət ərzində isə ümumilikdə 3353167 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.