Mayın 12-də səhər Azərbaycanın Silahlı Qüvvələri “sərhədlərin dəqiqləşdirilməsi” məqsədilə sərhədyanı sahələrin birində müəyyən işlər aparmağa cəhd ediblər. Amma Ermənistan silahlı bölmələrinin atdığı addımlar nəticəsində Azərbaycan hərbçiləri işi dayandırıblar. Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda yaranmış vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparılır, məlumatda deyilir.
Nazirliyin mətbuat xidməti “İşhanasar istiqamətində döyüşlər”in getdiyi haqda informasiyanın həqiqətə uyğun olmadığını bildirir.
Azərbaycanın rəsmi orqanları, hələlik, bu haqda məlumat yaymayıblar.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Ancaq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Sərhədlərin demarkasiyası prosesinin artıq yekunlaşmaq üzrə olduğu bildirilir.