Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1 318 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 15-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 313 778-i sağalıb, 4 768-i vəfat edib, 10 825-i isə aktiv xəstədir
Açıqlamaya görə, Azərbaycanda son sutka ərzində 7 285, hazırkı dövrədək isə ümumilikdə 3 375 679 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.