İyunun 15-dən 19-dək Moskvada qeyri-iş günləri elan edilib.Bu barədə şəhər meri qərar qəbul edib. İşəgötürənlərə yenidən işçilərin ən azı 30 faizinin evdən işləməsinə şərait yaradılması tövsiyə edilib. Məlumata görə, məhdudiyyətlər Rusiya paytaxtında COVID-19-a yoluxma hallarının artması ilə əlaqədardır.
İyunun 13-dən Moskva rəhbərliyi zooparklara, uşaq oyun yerlərinə girişləri qadağan edib. Restoran və barlar axşam saat 11-dən səhər saat 6-ya qədər müştərilərə xidmət göstərməyi dayandırmalıdırlar.
Yaşı 65-dən yuxarı olan paytaxt sakinlərinə səyahət etməkdən çəkinmələri tövsiyə olunur. Moskvada son günlərdə COVID-19 xəstələrinin sayında artım qeydə alınıb.
12 iyun tarixinə qədər şəhərdə 6701 koronavirus infeksiyasına yoluxma aşkar edilib. Bu ötən ilin 26 dekabr tarixindən bəri ən yüksək göstərici hesab olunur.
Bir günə 67 ölüm halı qeydə alınıb. Bundan əvvəl Moskva meri Serqey Sobyanin şəhərdəki epidemik vəziyyəti çətin adlandırb, ancaq kilidlənməyə ehtiyac olmadığını söyləmişdi. Şəhər hakimiyyəti ictimai yerlərdə və nəqliyyatda maska və əlcək geyilməsinə nəzarəti gücləndirəcəklərini açıqlayıblar.
Pandemiya başlayandan bəri Moskvada bir milyon 200 mindən çox insan koronavirus infeksiyasına yoluxub. Ölənlərin sayı isə 21 minə yaxınlaşır.