Ümumvətəndaşlıq pasportları əhaliyə 5 il deyil, 10 il müddətinə veriləcək

Xəstəlik və bu kimi başqa obyektiv səbəblərdən ümumvətəndaşlıq pasportunu təcili almalı olan vətəndaşlar bundan sonra onu 2 gün ərzində və 40 manata əldə edə biləcəklər. Noyabrın 28-də «Milli Məclisin dövlət rüsumları haqqında» qanuna etdiyi dəyişikliyə görə vətəndaşlar həmçinin adi qaydada-yəni bir ay müddətinə pasport aldıqda da 40 manat ödəməli olacaqlar. Bir ay gözləmək istəməyənlər isə könüllü olaraq 120 manat ödəməklə 5 gün ərzində ümumvətəndaşlıq pasportuna sahib olacaqlar.


Həmin gün «Ölkəyə gəlmək, ölkədən getmək və pasportlar haqqında» qanuna edilən dəyişikliyə görə isə ümumvətəndaşlıq pasportları əhaliyə indiki kimi 5 il deyil, 10 il müddətinə veriləcək.


Ancaq, bu yeniliklər qanun qüvvəyə mindikdən sonra verilən pasportlara aid ediləcək. Azərbaycanda ümumvətəndaşlıq pasportu əhaliyə indiyə qədər 5 il müddətinə verilib. Pasportu vətəndaşlar 1 ay ərzində 22 manat rüsum ödəməklə alırdılar.