ABŞ rəsmisinin səfəri dekabrın ortalarında baş tutacaq

Dekabrın ortalarında Amerikanın Dövlət katibinin müavinin insan haqları, demokratiya və əmək məsələləriylə məşğul olan köməkçisi Barri Louinkrounun Azərbaycana səfəri gözlənilir. ABŞ səfirliyindən verilən məlumata görə, daha əvvəl noyabrın 27-28-nə planlaşdırılan səfər Azərbaycan rəhbərliyinin iş qrafiki üzündən təxirə salınmışdı.