Qırğızıstan paytaxtı Bişkekdə maşınlarına Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” hərfi yapışdıran sürücülərin cərimələnməsinə başlayıblar.
Ukraynadakı Rusiya hərbi texnikasının belə nişanlanması məlumdur.
Rusiyanın Ukraynaya hücumunda Z hərfinə verdiyi məna naməlumdur, amma bəzi mülahizələrə görə bu Qərb (Zapad) hərbi dairəsinin qoşunlarını bildirir.
Bişkek polisinin sözçüsü Baykazı Aytikul AzadlıqRadiosuna deyib ki, maşınlara belə işarələrin yapışdırılması qanun pozuntusudur.
Onun sözlərinə görə belə nişanların yapışdırılması üçün xüsusi lisenziya alınmalıdır.
Əks halda sürücüləri 5.5 min som və ya 56 dollar cərimə gözləyir.
Bu qanun pozuntusuna görə indiyədək nə qədər sürücünün cərimələndiyi bilinmir.
Aytikul belə maşınların birindən Z işarəsinin qopardılmasını görüntüləyən video dərc edib.