Bu gün, avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.
Məlumata görə, nazirlər gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndiriblər:
“Görüşdə xarici siyasət, regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.”
***
Bugün, avqustun 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan paytaxtı Daşkəndə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilməlidir.