Bayden administrasiyası avqustun 8-də Ukrayanaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı paketini elan edib.
CNBC xəbər verir ki, bu, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri ABŞ-ın Ukraynaya göndərdiyi ən böyük silah paketdir.
ABŞ-ın sözü gedən bu yardım paketi sayca 18-cidir və bura uzaqvuran silahlar üçün sursat və zirehli tibbi-hərbi nəqliyyat maşınları daxildir.
Xəbər verilir ki, bu paketdə habelə yaylım atəşli rakey zenit sistemi – HIMARS üçün əlavə sursat, 155 mm çaplı artilleriya mərmiləri, 20 ədəd 120 mm çaplı top sistemləri və bunlar, habelə NASAMS yer-göy raket sistemləri üçün 20 min mərmi var.
Buna da bax: Türkiyə şirkəti Ukraynada 'Bayraktar' zavodu tikəcəkBu dəfə HIMARS olmasa da...
Müdafiə nəhəngi Lockheed Martin tərəfindən istehsal olunan HIMARS 5 tonluq avtomobildən müxtəlif çaplı raketlər ata bilir.
Müdafiə nazirinin müavini Kolin Kal deyib ki, ABŞ budəfəki paketə HIMARS sistemlərinin özünü daxil etməyib.
ABŞ indiyədək Ukraynaya 16 HIMARS verib.
Bu da xəbər verilir ki, Pentaqon Ukraynaya 1000 ədəd Javelin antitank sistemi, 50 ədəd zirehli tibb-nəqliyyat maşını və başqa silahlar göndərəcək.
CNBC yazır ki, ABŞ-ın indiyədək Ukraynaya göndərdiyi ən böyük hərbi yardım paketi iyunun 15-də elan edilib. Lakin həmin paketə prezidentin öz fondundan ayrılan vəsaitlə alınmış silahlar da daxil idi.
Avqustun 8-də göndərilən yardım da yalnız prezident fondundan ödənəcək.