Azərbaycanda zəlzələ olub

Martın 25-də Bakı vaxtı ilə saat 13:53-də Azərbaycanın İranla həmsərhəd olan ərazilərində zəlzələ baş verib.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakinlərinin dediyinə görə, zəlzələ nəticəsində bəzi evlərin şüşələri qırılıb tökülsə də, ciddi dağıntılar qeydə alınmayıb.

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan ərazisində zəlzələ baş verməsi faktını təsdiqləyib.

Yeraltı təkanlar Füzulidə 3 bal, Cəlilabad və Yardımlıda 2.5 bal, Biləsuvar, Lənkəran və Masallıda 2 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı yoxdur. /APA/