Əfqanıstanda bir qrup dinc sakin səhvən öldürülüb

Əfqanıstandakı NATO qüvvələrinin komandanlığı Helmand əyalətində keçirilmiş əməliyyat zamanı bir qrup yerli sakinin ölməsi faktını araşdırır.

Cümə günü Nac Zad rayonunda 2 maşın hava zərbəsilə məhv edilib.

Kəşfiyyat maşındakıların yaraqlılar olduğunu xəbər versə də sonradan onların hamısının mülki sakinlır olduğu aşkar edilib.

Ölənlərin sayı göstərilmir.