Suriya müxalifəti təkcə 1 şəhərdə 200 adamın həbs olunduğunu deyir

Suriyada müxalifət fəalları şənbə gününə keçən gecə Duma şəhərində dinc nümayişin amansızlıqla dağıdıldığını deyirlər.

Bu şəhər Paytaxt Dəməşqin yaxınlığında yerləşir.

Müxalifətçilərin sözlərinə görə, siyasi islahatlar tələbilə keçirilən nümayişə 4 minə yaxın adam çıxıb və onlardan azı 200-ü həbs edilib.

Beynəlxalq aləm bu həftə ölkənin müxtəlif şəhərlərində onlarla adamın öldürülməsinə görə
Suriya hakimiyyətini kəskin tənqid edib.

BMT-nin baş katibi Ban Kİ Moon Suriyanın hakim dairələrini səbrli olmağa çağırıb.