Seul Şimali Koreyanın balıqçı gəmisi və 27 dənizçini şimala qaytarıb

Seul bu ilin fevralında Cənubi Koreya ərazisində saxlanmış Şimali Şoreyanın balıqçı gəmisi və 27 dənizçini şimala qaytarıb.

Pxenyan gəmidə olan 31 nəfərin hamısının qaytarılmasını tələb etsə də onlardan 4-ü geri qayıtmaq istəməyib.

Cənubi Koreya onların siyasi sığınacaq istədiklərini deyir.