Fələstin prezidenti HƏMAS-ın nümayəndələrilə görüşüb

Fələstin muxtar ərazilərinin prezidenti Mahmud Abbas şənbə günü Ramallahda HƏMAS-ın nümayəndə heyətilə görüşüb.

Görüşdə Mahmud Abbasın hazırda HƏMAS-ın nəzarətində olan Qəzzə bölməsinə mümkün səfəri müzakirə olunub.

Mahmud Abbas səfər zamanı Fələstindəki 2 əsas siyasi qrup arasında barışığın yollarını müzakirə etmək fikrindədir.

Onun rəhbərlik etdiyi Fəth hərəkatı bir neçə gün bundan əvvəl HƏMAS-a barışıq təklif edib.

HƏMAS hələlik təklifə rəsmi münasibət bildirməyib.