Liviyayla bağlı Londonda keçiriləcək konfransa 35 ölkə qatılacaq

Çərşənbə axşamı Liviya münaqişəsilə bağlı Londonda keçiriləcək beynəlxalq konfransda 35-dən çox ölkə iştirak edəcək.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi xəbər verir.

BMT-nin baç katibi Ban Ki Moonla Avrika Birliyinin nümayəndəsi Jean Ping də konfransa qatılacaqlar.

Toplantıda Liviyadakı beynəlxalq hərbi əməliyyat və mülki sakinlərin müdafiəsilə bağlı növbəti addımlar müzakirə olunacaq.