Partlayışda 13 adam həlak olub

Əfqanıstanın şərqində minalanmış yük maşınının partlaması nəticəsində 13 adam həlak olub, 50-yə yaxın adamsa yaralanıb.

Partlayış dünən gecə Paktika əyalətindəki tikinti şirkətinin ərazisində baş verib. Bütün ölən və yaralananlar da şirkətin əməkdaşlarıdır.

Partlayışa görə məsuliyyəti talibançılar üstlərinə götürüb.