Bişkekdə məhbus ailələrinin etiraz aksiyası keçirilir

Bişkekin mərkəzində məhbus ailələrinin etiraz aksiyası keçirilir. Etirazçılar cəzaçəkmə yerlərində saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Martın 25-dən Qırğızıstanın 11 cəzaçəkmə müəssisəsindən 6-da və 5 istintaq təcridxanasında məhbuslar kütləvi aclıq aksiyası keçirirlər. Onların tələbi saxlama şəraitinin yaxşılaşdırılmasıdır.