Yaponiya hökuməti radiasiyanın ölçülməsində səhvə yol verildiyini bildirir

Yaponiya hökuməti qəzalı atom elektrik stansiyasını işlədən Tokyo Elektrik Şirkətinin radiasiyanın ölçülməsində səhvə yol verməsini qəbuledilməz adlandırıb. Zəzlələ və onun ardınca da sunamidən zədələnmiş şirkət bundan əvvəl bildirmişdi ki, stansiyadakı suda radiasiyanın səviyyəsi normadan 10 milyon dəfə çoxdur.

Rəsmilər isə sonradan bəyan ediblər ki, bu bir ölçü səhvidir. Əslində həmin suda radiasiyanın səviyyəsi ceyli aşaıdır. Buna baxmayaraq, hökumət də qəbul edir ki, indi mövcud olan radiasiya səviyyəsi də təhlükəlidir.

Fukushima atom elektrik stansiyasında əriyib partlamaq təhlükəsi olan reaktorların soyudulması işi bir qədər pozulub. Çünki həmin reaktorlardan sızan radiasiyanın yaxın çevrədə hava, içməli su yerli fermerlərin məhsullarına yayılması barədə xəbərlər yayılıb. Amma hökumət bildirir ki, hələlik radiasiyanın səviyyəsi yaxın çevrədə yaşayan insanlara təhlükə yarada biləcək qədər deyil.