Merkelin partiyası seçkini uduzub

Almaniya kansleri Angela Merkel Baden-Wuerttemberg bölgəsində partiyasının seçkini uduzmasını olduqca ağrılı nəticə adlandırıb. Bazar günü keçirilən əyalət seçkisində Merkelin sağ-mərkəzçi koalisiyası uduzub.

Qalib isə nüvə enerjisinin əleyhinə olan Yaşılların da qatıldığı sol-mərkəzçi qrupdur.

Merkelin rəhbərlik etdiyi mühafizəakr Xristian Demokrat partiyası 1958-ci ildən bu yana həmin əyalətdə keçirilən seçkilərin qalibi olurdu.